Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 18-də saat 08:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...