Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda güclü küləyin fəsadları

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Mynews.az-a verilən məlumata görə, külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

İnsident nəticəsində Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb.

Agentliyin əməkdaşları aşan lövhəni ərazidən kənarlaşdırıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...