Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Boru oğrusunun “göz yaşardan” etirafı - Bir də olmaz

Tərtər Regional Qaz İstismar İdarəsi Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Evoğlu kənd ərazisində yerləşən qaz borularının oğurlandığı barədə məlumat verilib.

Mynews.az ARB TV-yə istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən kənd sakini Hüseyn İsmayılov saxlanılıb.

Onun Tərtər Rayon Qaz İstismar İdarəsinin balansında olan ümumi uzunluğu 60 metrə yaxın qaz borularını oğurladığı müəyyən edilib. 

H. İsmayılovun həyətyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb.

“Axşam gəlirdim gördüm orada kəsilmiş boru var. Kimsə kəsmişdi, geri qayıdıb ardını da mən kəsib götürdüm. Tutduğum işdən peşmanam. Bir daha belə hadisə olmaz”, - saxlanılan şəxs Hüseyn İsmayılov deyib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...