Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mağazalar şəbəkəsində yanğın - 5 dükan kül oldu SON DƏQİQƏ! - VİDEO

Qubada mağazalar şəbəkəsində yanğın olub.

Trend-in məlumatına görə, rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.

Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.

Artıq yanğının qarşısı alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...