Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəki sakini özünü yandıraraq intihar etdi

Şəkidə kişi özünü yandıraraq intihar edib.

Şəki rayon Prokurorluğundan Mynews.az-a verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib. 

1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev üzərinə neft məhlulu tökərək yandırıb. Aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...