Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Milliön”dən 122 min manat oğurlayan şəxs tutuldu - FOTO

Bakıda “Milliön” terminallarından 122 min manat oğurlayan şəxs saxlanılıb.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1985-ci ildə Gürcüstanda anadan olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yaşayan, ali təhsilli Əlixanov İlqar Novruz oğlu müəyyən olunaraq tutulub.

İdarəyə daxil olan əməliyyat məlumatı əsasında müəyyən olunub ki, müvafiq olaraq işlədiyi şirkətin inkassator vəzifəsində çalışan İ.Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan “Milliön” ödəmə terminallarından ayrı-ayrı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollar oğurlayıb.

İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Eləcə də, onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarların sürətini çıxarmaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

   

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...