Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AA nömrəli maşın ağır qəzaya düşdü, dərəyə aşdı

Magistral yolda 3 avtomobil toqquşub.

Mynews.az "Qafqazinfo"ya istinadla məlumatına görə, Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub.

Magistral yolda "Mercedes" markalı 10 AA 730 , "Mercedes" markalı 99 NL 847 və "Hundai" markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı "Mercedes" idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...