Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisə
Goranboy rayonunda arvadını namus üstündə öldürməyə cəhddə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1969-cu il təvəllüdlü Məftun Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xəyanət şübhəsi
Məftun Məmmədov Veyisli kəndində nikahlarını rəsmi qeyd etdirmədən 2013-cü ildən ər-arvad kimi yaşadığı Afət Telmanovanın ona xəyanət etməsindən şübhələnib.
O, evə gələn şəxslərin səsini yazmaq məqsədi ilə yatdıqları döşəyin iç tərəfinə gizli şəkildə "Nokia" telefonu qoyub və diktofonu aktiv edib. Hadisə baş verən günü səs yazılarına qulaq asdıqdan sonra Afət Telmanovanın ona xəyanətinə əmin olub və onu öldürmək qərarına gəlib.
Bu məqsədlə evin giriş hissəsindəki yardımçı tikilidən götürdüyü dəmir boru parçası ilə çarpayıda yatmış Afet Telmanovanın ayağından vurub.
Oyatdıqdan sonra qadından xəyanət etdiyi kişinin adını soruşub, ad çəkməsə onu öldürəcəyini deyib.
Gecə yarısı yataqda dava
Afət Telmanova ərinə xəyanət etmədiyini bildirib, onun iradlarına rədd cavabı verib.
Bundan əsəbiləşən Məftun qadının saçından tutub sürüyərək çarpayıdan yerə salıb, dəmir boru parçası ilə onun başına, qoluna, ayaqlarına, kürək nahiyəsinə ardıcıl zərbələr vurub.
Daha sonra Afəti yerə yıxılaraq hərəkət etmədiyini görüb və onun öldüyünü düşünüb.
Arvadını vurdu, DİN-ə zəng etdi
Daha sonra Məftun Daxili İşlər Nazirliyinin növbətçi hissələrinin idarə edilməsi sisteminin "102 xidməti - Zəng mərkəzi"nə tabe olan polis xidmətinə zəng edib. O, arvadı Afət Telmanovanı öldürdüyünü və Goranboy rayon polis şöbəsinə bu barədə məlumat verməklə olduğu yeri bildirib.
Polis əməkdaşlarının gəlib onu aparmasını xahiş edib.
Məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşları huşsuz vəziyyətdə aşkar etdikləri Afət Telmanovanı təcili xəstəxanaya çatdırıblar.
Ona təxirəsalınmaz tibbi yardım edilib həyatını xilas etmək mümkün olub.
Cəza
İstintaq orqanı tərəfindən Məftun Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məftun Məmmədov 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Məftun Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsüf edilməsini istəyib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Məftun Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Məftun Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 932 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 923 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 920 dəfə oxunub