Bakıda şagirdi pula görə məktəbdən qovdular? - İDDİA + CAVAB
Bakı şəhəri 153 saylı tam orta məktəbi şagirdlərdən birinin valideyninin məktəb direktorundan şikayətinə münasibət bildirib.
Təhsil ocağından Mynews.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, videonu yayan şəxs Hacıyev Səbuhi Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib.
“Məktəb rəhbərliyi tərəfindən şagirdin təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə əldə olunmadığından şagirdin biliyi birinci yarımil üzrə qiymətləndirilməyib. 2019-cu ilin fevral ayının əvvələrində Səbuhi Hacıyev övladını Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbində təhsil alması ilə bağlı 28 yanvar 2019-cu il tarixli, 278 nömrəli arayışı məktəbə təqdim edib.
12 fevral 2019-cu il tarixdə şagirdin Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbinə yerdəyişməsinin rəsmiləşdirilməsi üçün atası Səbuhi Hacıyev məktəbə dəvət edilib, lakin o, fikrini dəyişdiyini və övladının 153 nömrəli tam orta məktəbdə təhsilinin davam etdirməsini istədiyini bildirib. Hazırda həmin şagird təhsilini 153 nömrəli tam orta məktəbdə davam etdirir”, - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, bundan əvvəl 153 saylı tam orta məktəbdə təhsil alan şagirdin valideyni məktəb direktorundan şikayət edib. Valideynin iddiasına görə, uşağı məktəbdən səbəbsiz çıxarılıb.
Şagirdin atası əlavə edib ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, oğlunun dərsdən kənarlaşdırılmasının əsl səbəbini valideynin məktəbə “fond pulu”, “mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 598 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 584 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 576 dəfə oxunub