Əmisi arvadını zorladı, sonra bogub öldürdü - — Yevlaxda dəhşətli cinayət
Şəki Apellyasiya Məhkəməsində əmisi arvadını zorlayıb öldürən şəxsin məhkəməsi başlayır.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, Bəhruz İsmayılov cəzasının 9 ilini çəkdiyi üçün azadlığa çıxması ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edib.
Ancaq yerli rayon məhkəməsi məhkumun ərizəsini rədd edib. Bundan sonra məhkum 2-ci instansiya məhkəməsinə müraciət edib. Fevral ayının 25-də hakim Akif Eyvazovun sədrliyi ilə B. İsmayılovun şikayətinə baxılacaq.
Xatərladaq ki, 2008-ci ilin oktyabr ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlaxın Alar kənd sakini Bəhruz Maarif oğlu İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İsmayılov 2008-ci il iyulun 12-də əmisi arvadı, 51 yaşlı Roza Bədəlovanı zorlayıb, sonra isə şalvarının kəməri ilə onu boğaraq qətlə yetirib.
İsmayılov ifadəsində özünü qismən təqsirli bilib və deyib ki, əmisi arvadını öldürməyi iki il əvvəl planlaşdırıb və bu qətli qisas almaq məqsədilə törədib.
Onu öldürməyinə səbəb isə Bədəlovanın anası ilə dalaşması olub.
İsmayılovun əmisi, zərərçəkmiş Əliş Mahmudov isə hadisə olan vaxt Rusiyada olduğunu deyib və qardaşı oğlundan şikayətçi olmadığını bildirib.
İsmayılov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və zorlama (149) maddələri ilə ittiham olunub.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub