Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı yollarındakı xətlər niyə tez silinir?

Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün vacib olan məqamlardan biri də yol göstərici xətlərinin çəkilməsi və rənglənməsidir. Ancaq Bakının bir çox yollarında bu xətlərin, demək olar ki, əksəriyyəti silinib.

Baku TV-nin əməkdaşları çəkiliş apardıqları ərazilərdə yol göstərici xətləri ilə yanaşı, piyada zolaqlarının da rənglərinin silindiyinin şahidi olub.

Bu da sürücülərin və piyadaların haqlı narazılığına gətirib çıxarır.

Bəs görəsən, xətlərin çəkilməsi üçün istifadə olunan boyalar niyə tez silinir?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, xətlərin tez silinməsinin əsas səbəbi yağışın, qarın yağması və atmosfer yağıntılarıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...