Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda dəhşətli yanğın - 43 yaşlı kişi diri-diri yandı

Göyçay rayonunda dəhşətli yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Mynews.az-a verilən məlumata görə, hadisə birmərtəbəli üçotaqlı evdə qeyd alınıb.

Belə ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...