Rusiyada qəzada ölən azərbaycanlıların adları bilindi - - YENİLƏNİB + VİDEO
Rusiyanın Stavropol diyarında baş vermiş ağır yol-nəqliyyat qəzasında ölən azərbaycanlıların adları məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycandan Moskvaya gedən avtomobilin yük maşını ilə toqquşması nəticəsində altı nəfər həyatını itirib.
Onlar Həsənov Rəsul Ənvər oğlu, İsmayılov Şəmsi Tanrıverdi oğlu, Əhmədov Namiq Tohid oğlu, Abdullayev Ələmdar Niftalı oğlu, Quliyev Vüsal Əli oğlu və Şirinov Xəyal Hamlet oğludur.
Qəzada yaralanan daha beş nəfər Nevinnomıssk xəstəxanasına yerləşdirilib.
09:33
Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.
Bununla bağlı “İnterfax” məlumat yayıb.
Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub.
İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub.
08:55
Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.
“Ren” TV-nin yaydığı məlumata görə, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.
Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.
Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 956 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub