Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda məktəbdə DƏHŞƏT yaşandı - 22 yaşlı müəllim öldü - FOTOLAR

Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, məktəbin fiziki tərbiyə müəllimi 22 yaşlı Əliyeva Gülnar Balarza qızı qəfil vəfat edib.

Belə ki, məktəbdə olarkən gənc müəllimin halı pisləşib və təcili yardım çağırılıb. Tibbi yardım briqadası Gülnar Əliyevanın təzyiqinin kəskin düşdüyünü və infarkt ehtimalının yüksək olduğunu bildirib. Bir qədər sonra müəllim keçinib.

Qeyd edək ki, orta məktəbdə G.Əliyevanın ölümü ilə bağlı guşə yaradılıb və şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar.

Məktəb rəhbərliyi şagirdlərin yazdığı məktubları vəfat edən müəllimin ailəsinə vermək qərarına gəlib.

Allah rəhmət eləsin!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...