Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda oğlan barda tanış olduğu qızı oteldə öldürdü - Qısqanclığa görə

Barda tanış olduğu qızı oteldə öldürən şəxs hakim qarşısına çıxarılıb. Cinayətə səbəb isə qısqanclıq olub.

Mynews.az musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə iclası təyin edilib.

Qətl hadisəsi 2018-ci ilin sentyabrında Abşeron rayonundakı "Oskar" otelində baş verib.

Məlumata görə, 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı qətlə yetirib.

Mərhumun 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

Hadisənin təfərrüatı ilə bağlı ilkin məlumata görə, N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olublar. Qətl hadisəsi baş verən zamana qədər də tez-tez görüşdükləri məlum olub.

N.Əliyev polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...