Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qobu sakini qayınanasının evində özünü yandırdı - Xanımı da dərman içdi

39 yaşlı Qobu sakini Məmmədov Musa Tofiq oğlu özünü yandırıb.

Bu barədə Mynews.az-a Abşeron rayon Prokurorluğundan məlumat daxil olub.

İnsident səhər saatlarında baş verib. M.Məmmədov qayınanasının evində intihar edib.

Yaxınları vaxtında M.Məmmədova yardım edə bilməyiblər. İlkin məlumata görə, kişinin bədəninin 70 faizi yanıb.

İlkin araşdırma nəticəsində M.Məmmədovun spirtli içki alüdəçisi olduğu ortaya çıxıb.

Bu səbəbdən ər-arvad arasında tez-tez münaqişə düşüb. Baş verən hadisədən sonra həyat yoldaşı da çoxlu həb udaraq özünü öldürməyə çalışıb. O, vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...