“Formula-1”dəki qəzayla bağlı - Rəsmi açıqlama
Bakı Şəhər Halqası bu gün "Formula-1” bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama yayıb.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, açıqlamada birinci sərbəst yürüş sessiyasının lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunduğu qeyd olunub:
"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.
Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir.
Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 585 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 572 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 567 dəfə oxunub