Lənkəranlı qadın uşaq dünyaya gətirdi, öldü - Həkimlər icazə verməyibmiş
Lənkəranda ana övladını dünyaya gətirdikdən sonra vəfat edib.
Mynews.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, ötən gecə vəziyyəti ağır olduğundan 1979-cu il təvəllüdlü Osaküçə kənd sakini Bəfanə Kərim qızı Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasında təcili olaraq əməliyyata alınıb.
O, qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Lakin əməliyyatdan sonra qanaxma baş verib. Növbəti dəfə əməliyyat olunan qadın gecə saatlarında vəfat edib.
Körpənin vəziyyəti normaldır.
Məlumata görə, B.Quliyeva uzun müddət Bakıda müalicə alıb. Anaya körpəni dünyaya gətirməmək tövsiyə olunsa da, buna məhəl qoymayıb.
Faktla bağlı araşdırma aparılır.
Loading...
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub
loading...