Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabirabadda 23 yaşlı gənc intihar etdi

Sabirabadda 23 yaşlı gənc özünü asıb.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə rayonun Kovlar kəndində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Zeynalov Şamil Zeynal oğlu yaşadığı həyətdə özünü əncir ağacından asaraq intihar edib.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

İntiharın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...