Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ər doqquz aylıq hamilə arvadını bıçaqladı, uşaq öldü - YENİLƏNİB

Abşeronda əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti ağırdır.

Bu barədə Mynews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub:

“Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.

01:30

Abşeron rayonunda ər hamilə həyat yoldaşını bıçaqlayıb.

Oxu.Az xəbər verir ki, hadisə Abşeron rayonunun Fatmayi qəsəbəsində baş  verib.

19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Qadın dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyindən ananın bətnindəki uşaq  tələf olub.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...