Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı - ÖLƏN VAR
Bakıda dəhşətli qətl baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
1974-cü il təvəllüdlü Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.
Faktla bağlı Xəzər rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Loading...
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 966 dəfə oxunub
- Emin Ağalarov söz verdi 966 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 964 dəfə oxunub
loading...