Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtkin düşən Zəhranın anası danışdı

Hadisə iyunun 4-də saat 14:00 radələrində Sabunçu rayonunda baş verib.

Mynews.az Real.tv-ə istinadla xəbər verir ki, İyunun 4-ü, saat 14 radələrində Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində 3 yaşlı Bağırova Zəhra Rəsul qızı itkin düşüb.

Zəhranın anası Cəmilə Hüseynovanın REAL-a verdiyi məlumata görə hadisə zamanı ailə üzvləri işdə olub balaca qızcığaz isə evdə 11 yaşlı bacısı ilə birlikdə olub.

Azyaşlını son dəfə görən mağaza sahibi Lalə Məmmədovanın sözlərinə görə Zəhra mağazaya saat 2 radələrində gəlib.

Sabunçu Rayon 12-ci polis şöbəsindən REAL-a verilən məlumata görə faktla bağlı araşdırma aparılır.

3 yaşlı Zəhranı görən və ya harada olduğunu bilən şəxslərdən 055 510 02 02 nömrəsinə dərhal məlumat vermələri xahiş olunur.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...