Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda oğlanı qızın çiynindəki şala görə öldürdülər

Bakıda bir qızın çiynindən düşən şala görə mübahisə düşüb və qətl hadisəsi baş verib. Əsgərlikdən yeni gələn 23 yaşlı Emin Şəmiyevi bıçaqlayaraq öldürüblər.

Mynews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Şirvan şəhər sakinləri hakim Mirzə Xankişiyevin qarşısına çıxarılıb.

Təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi qıza görə öldürüblər. Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər. Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını “Nizami” stansiyasının qarşısında əlbəyaxa olublar. Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər. Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub.

Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...