Sürücü görün nə oyundan çıxdı - VİDEO
Avtomobilin içini yüklə doldurub, sərnişini arxa buferə mindirib. Çılğın və təhlükəli hərəkətin videosu Şamaxıda qeydə alınıb. Kadrlarda bir sərnişin niva markalı minik maşınının arxa buferində yol gedir. Bəs belə sürücünü hansı cəza gözləyir.
"Niva" markalı avtomobilin içini yüklə doldurub, sərnişini də arxa buferində aparır. Təhlükə o qədər böyükdür ki, buferin üzərində dayanıb əli ilə avtomobildən yapışmış şəxs hər an yıxıla bilər. Sürücü isə, heç nə olmamış kimi yoluna davam edir. Görüntülər Şamaxı rayonundandır. Arxadan gələn başqa bir avtomobildən çəkilən kadrlarda 06 BD 731 nömrə nişanlı "Niva" sürücüsünün kobud qayda pozuntusu görünür.
Sərnişinin öz həyatını təhlükəyə atıb neçə kilometr bu şəkildə getdiyi məlum deyil. Məlum olan odur ki, sürücünün yüngül əyləci sıxması yaxud da başqa bir ani ehtiyatsızlığı onun yıxılması və arxadan gələn avtomobilin altına düşməsi ilə nəticələnə bilər.
Məsələ ilə bağlı Baş Dövlət yol polisi idarəsinin nətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. O, bildirib ki, bu vəziyyətdə həmin sürücü sərnişindaşıma qaydalarını pozub. Ona görə də yol polisi tərəfindən 60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər. Bununla yanaşı, "Niva"nın sürücüsü yükü elə yığmalıdır ki, arxanı görə bilsin.
Loading...
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 970 dəfə oxunub
- Emin Ağalarov söz verdi 970 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 968 dəfə oxunub
loading...