Bakıda dəhşətli qətl - Maşının baqajından lüt qadın meyiti tapıldı
2018-ci ilin iyulunda Şüvəlanda bağ evində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Mynews.az "avtosfer.az”a istinadən xəbər verir ki, Arzu Şuşalı və Dilarə Əhmədovanı qətlə yetirən İlqar Xancanov istintaqa şok faktları açıqlayıb.
ARB telekanalında qətllə bağlı yayımlanmış sujetdə qeyd olunub ki, İlqar Xancanov əvvəllər həmin bağ evində gözətçi kimi işləyib.
Daha sonra ailəsində yaranmış mübahisə zamanı evdən çıxarılıb.
Bundan sonra ev sahibi ilə mübahisələri yaranıb.
Ev sahibi ona pulunun oğurlandığını deyib. Bundan qəzəblənən İlqar gecə bağ evinə gəlib.
Ev sahibinin evdən çıxmasını gözləyib.
Həyətdən götürdüyü bel sapı ilə Arzu Şuşalının başına zərbə endirib.
Bu zaman hamam otağında olan Dilarə Əhmədova səsə çölə çıxıb.
Bunu görən İlqar bıçaqla onun başını kəsərək hamama salıb.
Orada qadının ölməsini gözləyib. Daha sonra meyiti soyunduraraq həyətdəki avtomobilin yük yerinə qoyaraq ərazidən qaçmağa çalışıb.
Bu zaman iki dəfə qəza törədib. Meyitləri maşında qoyaraq ərazidən qaçıb.
Qətli törədən İlqar Xancanov qətli necə törətdiyini və qətl törədilən alətləri nümayiş etdirib. Arzu Şuşalı əməkdar həkim idi.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1106 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1093 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1093 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1090 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub