İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi - - boğulub öldü
Altı uşaq anası su anbarına düşərək boğulub.
Mynews.az oxu.az-a istinadən əbər verir ki, hadisə səhər saat 08 radələrində Astaranın Kijəbə qəsəbəsində baş verib.
Belə ki, Dürriyə kənd sakini, 48 yaşlı Ağabacı Məmmədova əri ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq qərarına gəlib.
Bu məqsədlə qadın yaxınlıqdakı Lovayın su anbarına gedib. Həyat yoldaşının gec qayıtmasından narahat olan Bəşir Əzizov anbara yaxınlaşanda A.Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. O, dərhal qadının cansız bədənini sudan çıxarıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə altı nəfər boğulub.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub