Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zirədəki qəza ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” QCS-dən bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Mynews.az Redaktor.az-a istinadən məlumatına görə, QSC-dən APA-ya bildirilib ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı” avtomaşınla toqquşub. 

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

***

Xəzər rayonu Zirə qəsəbəsində (Qala yolu) qatarın taksi ilə toqquşması nəticəsində yaralanan 22 yaşlı qadın və 20 yaşlı kişinin vəziyyəti ağırdır.

Pərviz Abubəkirov bildirib ki, onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 33 və 38 yaşlı sərnişinlərə isə tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur:

“Qəzadan sonra bir nəfər maşından düşərək qaçıb, amma sonradan geri qayıdaraq təcili yardım həkiminə müraciət edib. Həmin şəxsə də yardım göstərilib”.

13:18

Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.

Qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub.

Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.

Yaralıların vəziyyəti ağırdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...