Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 ay əvvəl evlənmişdilər - arvadını və qaynatasını öldürdü ŞOK ETDİ - FOTO

Adanada dəhşətli qətl hadisəsi baş verib.

Mynews.az İHA-ya istinadən xəbər verir ki, arvadını və qaynını öldürdükdən sonra qayınanasına da ölümcül xəsarət yetirən şəxsin bu addımı hansı səbəbdən atdığı eşidənləri məəttəl qoyub.

İddiaya görə, 4 ay öncə Adanada çavuş kimi işə başlayan və 3 ay bundan qabaq Büşra Güçlü (21) ilə evlənən Ertuğrul Güçlü (22) qətl günü işdən çıxdıqdan sonra həyat yoldaşı atası Cemal Ünlükıranerin (58) evində olduğu üçün oraya gedib. Güçlü yoldaşına yorğun olduğunu, evə getmək istədiyini söyləyib. Ancaq yoldaşı ona "Atama aldığın ayaqqabını atam bəyənmədi, bunu dəyişdirmək istəyirik. Gedib indi bunu dəyişdirək" deyib.

Hərbçi ər isə yorğun olduğunu təkrarlayarak başqa bir zaman dəyişdirmək istədiyini, indi evə getmək istədiyini deyib. Həyat yoldaşı 3 aylıq əri ilə ayaqqabını dəyişdirmək mövzusunda mübahisə edincə cütlük arasında ciddi söz-söhbət yaranıb. Bu məqamda gəlinin atası araya girərək "Bizim yanımızda qızıma qışqıra bilməzsən" sözləri ilə oğlana iradını bildirib. 

Bundan hiddətlənən kürəkən arvadını və qayınatasını öldürüb, qayınanası Sultan Ülnükıraneri (52) isə ağır yaralayıb.

Polisə təslim olan Ertuğrulun dindirilməsi davam edir. Yaralı qayınanası isə həkimlərin nəzarəti altındadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...