Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nişanından 1 gün öncə özünü asan 17 yaşlı qız videonu çəkib və intihar edib “Əlvida..” - VİDEO

Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb.

Mynews.az Primetime.az-a istinadla xəbər verir ki, gənc qızın sosial şəbəkədə paylaşdığı videoda onun həzin musiqiyə qulaq asaraq ağladığı görünür.

 Gənc qızın intiharı ilə bağlı yeni detallar da ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq. Qız da onunla razılaşıb. Lakin G. İsmayılovayanın ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və "həri”si verilibmiş.

Xatırladaq ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. Bildirilib ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G. İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...