Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Araz Ağalarovun qızı “Bentley” avtomobili ilə qəzaya düşüb

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qızı Sabina Ağalarova idarə etdiyi “Bentley” avtomobili ilə qəzaya düşüb.

Mynews.az Virtualaz.org-a istinadla xəbər verir ki, hadisə Moskvada baş verib.  Xanım Ağalarovanın idarə etdiyi avtomobili arxadan “QAZel” markalı yük avtomobili vurub.

“Ağalarova Moskva küçələrində bahalı “Bentley” avtomobili ilə gedirdi. Hansısa məqamda onun avtomobilini arxadan “Qazel” vurub”,-“Beşinci kanal” xəbər verir. Mənbə bildirir ki, Sabina Ağalarova hadisədə “Qazel” sürücüsünü günahkar sayır.

“Biz svetoforda qırmızı işıqda dayanmışdıq, bu vaxt arxadan yük maşını bizi vurdu. Hamımız sağ-salamatıq, heç kim xəsarət almadı”,-Ağalarovanın sözlərini “Komsomolskaya pravda” sitat gətirir. Məlumata görə qəza zamanı həmin “Qazel”i arxadan TIR vurub, bu maşının sürücüsü svetoforun qırmızı işığını yaşıl işıqla səhv salıb. Qəzada heç kim xəsarət almayıb. Faktla bağlı yol patrul polisi araşdırma aparır.

Sabina Ağalarova İnstagram ulduzu kimi tanınır. O, Amerikada təhsil alıb və yaşayıb. Evlidir, üç uşaq anasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...