Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mikrorayonda bədbəxt hadisə - iki yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

Nəsimi rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal küçəsi 4 ünvanında baş verib.

2017-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...