Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 uşaq anasını, qızını və kirayənişini öldürdü - "Səni sevirəm, niyə belə edirsən?" - FOTO

25 yaşlı Karlos Hernandez-Ventura 3 uşağı olan sevgilisini, onun qızını və kirayənişini öldürməkdə günahlandırılır.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, o, qurbanlarını eyni bıçaqla öldürüb.

Qatil qadının qızını və 78 yaşlı kirayənişini öldürdükdən sonra sevgilisinin üstünə hücum edib, onun qolunu kəsib. Bu zaman qadın çarəsizcə ona yalvarıb:

"Səni sevirəm, niyə belə edirsən?"

Qatil qadının qızını hamamdan çıxarkən bıçaqlayıb. Polislərin dediyinə görə, onun boynunda kəsik izləri var.

 

Dəhşətli cinayətdən sonra Karlos öldürdüyü sevgilisinin avtomobilini qaçırıb. O, 13 mil məsafə qət etdikdən sonra benzin qurtarıb.

O tutulub, xəstəxanaya aparılıb. Qatilin ilk ifadəsi xəstəxanada alınıb.

Karlos məhkəməyə çıxarılıb. Onun vəkilləri iddia edib ki, qadınları öldürmək barədə əmri onun keçmiş əri verib. 

Hadisə ilə bağlı araşdırma davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...