Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ
Şəmkir rayonunda evdə yanan 24 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən BAKU WS-ə məlumat verilib.
Məlumatda bildirilir ki, həyat yoldaşı tərəfindən yandırılan və bədəninin 70% (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 6:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə nəticəsində bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb.
Həkimlərin bildirdiyinə görə, həyatı təhlükə altındadır.
Xatırladaq ki, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olub
O, ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb.
Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqovun ölməsinə, M.Məsimova və S.Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmələrinə səbəb olmasına kifayət qədər əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.
E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1109 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1094 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1094 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1039 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1032 dəfə oxunub