Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda gənclər 13 yaşlı oğlanı zorladılar

Ötən şənbə günü Bakının Yasamal rayonunda pedofiliya faktı qeydə alınıb.

Mynews.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

13 yaşlı oğlan uşağının anası faktla bağlı polisə xəbər verib.

Şikayətlə müraciət edən qadın bildirib ki, Murad və Rəsul adlı gənclər avqustun 14-dən 17-dək oğlunu Mirzəağa Əliyev küçəsində yaşayış evlərinin söküntüsünün aparıldığı əraziyə apararaq zorlayıblar.

26-cı Polis şöbəsinin əməliyyatçıları zor tətbiq edən şəxslərin aşkar edilməsi istiqamətində iş aparırlar.

Faktla bağlı hələ heç kəs saxlanılmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...