Bakı metrosunda həyəcan - Maşinist işıqları söndürdü - FOTO

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problemlər yaranıb.
Mynrews.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Verilən məlumata görə, “Həzi Aslanov” istiqamətindən “Dərnəgül” istiqamətinə hərəkət edən qatarlarda sərnişin sıxılığı müşahidə edilib.
Eyni zamanda qatarlar tuneldə yubanıb. Məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” ilə əlaqə saxladıq.
Qurum rəsmisi Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, səhər saatlarında sərnişinlər "Xalqlar Dostluğu" stansiyasında qatarın qapılarını tutub saxlayıblar.
Bununla da,vaqonlardan birinin qapısı sıradan çxııb.
“Qatarın qapısını saxlamağa cəhd göstəriblər. Sıxma əleyhinə avtomatlaşdırılmış sistemi var. Qapı bağlanarkən sıxılıb saxlanıldıqda proqram təminatı sıradan çıxır.
Nəticədə maşinist məcbur olub sistemə müdaxilə edib. Bir qatar gecikəndə qrafikdə problemlər yaranır”, - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, hadisənin görüntülərini “modern.az” saytı yayımlayıb.
Bildirilir ki, qatarın qapılarında problem yarananda, maşinist işıqları söndürüb. Həmin görüntüləri təqdim edirik.
Hadisə
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
- İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."
- Gürcüstan Azərbaycanla sərhəddi açdı – - YENİ QAYDALAR
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
- Hüseyn Məhəmmədoğluna ağır itki
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 594 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 589 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 589 dəfə oxunub
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama 588 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 586 dəfə oxunub