Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda mağaza satıcısı müştərisini döyərək burnunu sındırıb

Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.

Mynews.az APA-a istinadla xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında baş verib.

Belə ki, mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisınin təfərrüatlarını araşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...