Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öldüyü deyilən Maral Tahirqızı danışdı - Sağam

Müğənni Maral Tahirqızının qəza keçirərək öldüyü barədə məlumatlar yayılıb. Bildirilib ki, M.Tahirqızı bu gün səhər saatlarında yol qəzasında həyatını itirib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Tahirqızı ilə əlaqə saxlayıb.

O, haqqında yayılan xəbərin dezinformasiya olduğunu dilə gətirib.

“Sağam, salamatam. Bu xəbəri Big.Az saytı yayıb. Heç bir qəzada keçirməmişəm. Bir neçə il öncə mənim avtomobil qəzası keçirməyimlə bağlı xəbəri aktyor Səbuhi Xanlarov yaymışdı”.

Qeyd edək ki, 2015-ci ildə Maral Tahirqızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı üç il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...