Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı futbolçu Fransaya buraxılmadı - Hava limanından geri qaytarıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlını Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları Fransaya buraxmayıb.

Mynews.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası bununla bağlı araşdırma aparır.

"Keşlə"nin futbolçusu ötən mövsüm Latviya təmsilçisi "Dauqavpils"də çıxış edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...