Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, ARB TV-də yayımlanan "Kriminal" verilişində 21 yaşlı Aysel Orucovanın qətli ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Onu qətlə yetirən Nəriman Əliyev qadından ikinci dəfə intim əlaqədə olmağı istəyib. Lakin Aysel imtina edib. Nəriman 200 manat müqabilində otelə gətirdiyi Ayseli əvvəlcə qucaqlayaraq razılığa gətirməyə çalışıb. O isə işlədiyi gecə klubuna qayıtmaqda israr edib. Bundan hiddətlənən və narkotik maddənin təsiri altında olan 35 yaşlı kişi onu qətlə yetriməyi qərara alıb. Qətldən sonra Nəriman Əliyev evinə gedib. Səhər polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib.
Hakim qarşısına çıxarılan Nəriman Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.
Bir uşaq anası olan Aysel Orucova doğulduğu kənddə dəfn olunub.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1102 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1086 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1086 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1034 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1026 dəfə oxunub