Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keçmiş arvadını küçədə qətlə yetirən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xosrov Məmmədovun apellyasiya şikayətinin verilmə müddətinin bərpası ilə bağlı şikayətinə baxılıb. 

Mynews.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, apellyasiya şikayətindən imtina edilib, apellyasiya baxışına xitam
verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı X.Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Ə.Məmmədovanı bıçaqlayıb. Qadın hadisə yerindəcə ölüb.

X.Məmmədov ilkin ifadəsində cinayəti qısqanclıq zəmnində törətdiyini deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...