Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda maşın qadını vurub öldürdü

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan Kazımov Faiq Sərxan oğlu idarə etdiyi “Opel” markalı, 99-KV-559 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada - 1971-ci il təvəllüdlü Şükürova Arzu İmamverdi qızını vurub. 

Qadın ağır bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, A.Şükürova ayın 3-ü saat 08:30 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...