Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəsədləri yerə uzadılan qızların qəzadan sonrakı görüntüləri - "Evakuator gəldi, amma tibbi yardım gəlmədi" - VİDEO

Noyabrın 17-də Bakı- Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qızların qəzadan sonrakı görüntüləri lentə alınıb.

Mynews.az konkret.az-a istinadla çəkdiyi görüntülərdə qızlar yerə uzadılmış vəziyyətdədir və onların sağ olub-olmaması məlum deyil.

Kadrlarda şahidlərin dediklərindən aydın olur ki, təcili tibbi yardım hadisə yerinə çoxdan çağırılmağına baxmayaraq, hələ də gəlib çıxmayıb. Evakuator isə özünü ora daha tez çatdırıb.

Xatırladaq ki, ağır yol qəzası Bakı-Quba yolunda baş verib. Nəticədə Xaçmaz rayon Çiləgir kənd sakini Günay Savalanova və Yeni həyat kənd sakini Oksana Əliyeva vəfat edib. Sürücü Hümbət Şayəddin oğlu Savalanovun vəziyyəti isə ağır olaraq qalır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...