Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda tanınmış futbolçunun bacısı özünü 18-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki yaşayış binasında baş verib.

Həmin binada kirayə yaşayan Sevinc İlham qızı Qırtımova özünü 18-ci mərtəbədən atıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aprılır.

Qeyd edək ki, intihar edən Sevinc Qırtımova Azərbaycanın tanınmış futbolçusu İlkin Qırtımovun bacısıdır. O, hazırda “Zirə” Klubunun şərəfini qoruyur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...