Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maşınını gömrükdən keçirən şəxsin ürəyi partladı - RƏSMİ

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə faktı təsdiqlədilər.

Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.

Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...