Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ölən 3 tələbənin meyiti ölkəsinə çatdırıldı

Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Meyitin aparılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, 9 yanvar tarixində Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 3 əcnəbi qız tüstüdən zəhərlənərək ölüb. Onlar Şri-Lanka vətəndaşları Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.

Qeyd edək ki, hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...