Bakıda məktəb şagirdlərini daşıyan avtobus qəzaya düşdü - yaralılar var
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.
107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri-2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.
Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1089 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1074 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1074 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1024 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1016 dəfə oxunub