Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hündürmərtəbəli binada başlayan yanğın söndürülüb - YENİLƏNİB

Bakıda hündürmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb. 

Mynews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, əraziyə cəlb edilən xilasedicilər bina sakinlərini təxliyə edə biliblər. 

Yanğın binanın elektrik xətlərindən başlamışdı. Binanın sakinləri bildirmişdilər ki, onları təxliyyə etmək mümkün olmur.

***10:00

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...