Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az İnterAz-a istinadla məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...