“Bandotdel" Gülər Əhmədovanın oğlunu saxladı - FOTOLAR

Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, hüquq mühafizə orqanlarından Baku.ws-ə verilən məlumata görə, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilib.
Baxış zamanı avtomobildən 1 ədəd "Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, saxlanılan 1987-ci il təvəllüdlü Toğrul Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.
Hadisə
- Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı açıqlandı
- Qaradağda 10 maşın toqquşdu, ölən var - DƏHŞƏTLİ qəza
- Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi - FOTO
- Ağsu aşırımı buzladı, hərəkət dayandı
- Bakıda mağazadan oğurluq edən dəstə saxlanıldı - VİDEO
- Xeyli sayda şəxs ÖLÜB, ONLARLA YARLI VAR - Qarabağda DƏHŞƏT
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Türkiyəyə səfər edənlərin NƏZƏRİNƏ 945 dəfə oxunub
- Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ 934 dəfə oxunub
- Sabah hava necə olacaq? 930 dəfə oxunub
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO 923 dəfə oxunub
- Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi 915 dəfə oxunub