Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ağır yol qəzasında maşın 3 hissəyə ayrıldı - ölənlər və yaralananlar var - VİDEO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.

Mynews.az APA-ya istinadən bildirir ki, Ziya Bünyadov prospektində "Tofaş" markalı avtomobil "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən "Tofaş" üç hissəyə ayrılıb, "Hyundai" isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Ölənlərdən biri əvvəllər məhkumluq həyatı yaşamış "Hyundai" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Qardaşxanov Sadiq Cabir oğlu, digəri isə "Tofaş" markalı avtomobilin sürücüsü Şamaxı sakini 1984-cü il təvəllüdlü Dəmirov Namiq Nadir oğludur.

Xəsarət alan 1994-cü il təvəllüdlü Əhmədov Cavid isə hazırda reanimasiya şöbəsində müalicə alır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...